"Təhlükəsizliklə bağlı məlumatların 99 faizi yalandır" - Soylu

   "Təhlükəsizliklə bağlı məlumatların 99 faizi yalandır" -    Soylu
  15 Fevral 2023    Oxunub:853
Türkiyədə zəlzələdən zərərçəkmiş 335 min 956 ailənin hesabına 10 min lira göndərilib.
AzVision.az xəbər verir ki. bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib. O bildirib ki, toplanan ianələrin xərclənməsi də keçmişdə olduğu kimi eyni istiqamətdə davam edəcək. Soylu qeyd edib ki, ianələrin xərclənməsindən sui-istifadə halları olarsa, müdaxilə ediləcək.

"Təhlükəsizliklə bağlı söz-söhbət var idi. Bildirmək istəyirəm ki, bizə daxil olan məlumatların 99 faizi yalan idi, amma yenə gedib bu məsələ ilə bağlı vəziyyəti dəyərləndirəcəyik. Davamlı olaraq bunu səsləndirənlər etibarsızlığı yaymaq istəyirlər. Onlar bizi əsas işdən yayındırmaq istəyənlərdir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti