Rusların əksəriyyəti işə evdən yemək gətirir - SORĞU

Rusların əksəriyyəti işə evdən yemək gətirir -   SORĞU
  15 Fevral 2023    Oxunub:1408
“Zarplata.ru” araşdırma mərkəzi maraqlı sorğu keçirib. Sorğunun nəticələrinə əsasən məlum olub ki, Rusiya vətəndaşlarının əhəmiyyətli hissəsi işə evdən yemək gətirir.
Sorğunun nəticələrinə görə təxminən 70% işdə ev yeməkləri yeyir. 52% isə həm ictimai iaşə obyektlərində yeyir, həm də bəzən evdən gətirdiyi ərzaqlarla qidalanır. 46% işdə alınan nahar yeməyinin ailə büdcəsinə ziyan vurduğunu etiraf edib.

Eyni zamanda respondentlərin 34%-i ofislərə isti yeməklərin çatdırılması xidmətindən istifadə edir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Yemək   Rusiya  





Xəbər lenti