Makron həyat yoldaşına görə Zelenski ilə görüşmədi

   Makron həyat yoldaşına görə Zelenski ilə görüşmədi
  15 Fevral 2023    Oxunub:1918
Ukrayna prezidenti Vladimir Zelenski və Fransa lideri Emmanuel Makron teatra planlaşdırılan səfərə görə Parisdə görüşə bilməyiblər. AzVision.az "Politico"ya istinadən xəbər verir ki, Fransa prezidenti 14 fevral gecəsini həyat yoldaşı ilə keçirmək istəyib.
"Yelisey Sarayı rəsmi dəvət göndərmədi və Makronla görüş demək olar ki, baş tutmadı. Fransa prezidenti axşamı həyat yoldaşı ilə teatrda keçirməyi planlaşdırırdı", - nəşr yazır.

Yalnız Makronun köməkçiləri Vestminster zalında Zelenskinin videomüraciətini gördükdən sonra dəvət göndərib və Parisə gecəyə yaxın səfər təşkil ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti