Qırğızıstanın keçmiş prezidenti ölkəni tərk edib

   Qırğızıstanın keçmiş prezidenti ölkəni tərk edib
  15 Fevral 2023    Oxunub:1039
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev həbsdən çıxandan sonra ölkəni tərk edib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Atambayev Dubaya uçub. Daha sonra müalicə almaq üçün İspaniyaya uçacaq. Onu oğlu Kadırbek də müşayiət edir.

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev bir gün əvvəl koloniyadan azad edilib. Məhkəmə onun müalicəyə ehtiyacı olduğu üçün ölkədən getməsinə də icazə verib.

Bundan əvvəl Qırğızıstanın Ali Məhkəməsi onun barəsində olan hökmü ləğv edərək cinayət işini yeni məhkəmə baxışına göndərib.

Qeyd edək ki, Atambayev 2011-2017-ci illərdə Qırğızıstanın prezidenti olub. Onun barəsində bir neçə cinayət işi, o cümlədən 2019-cu il avqustun 7-8-də Köy-Taş kəndində baş vermiş iğtişaşlar, habelə korrupsiya və çirkli pulların yuyulması və Türkiyə vətəndaşlarına qanunsuz pasportların verilməsi ilə bağlı cinayət işi başlanıb.

2020-ci il iyunun 23-də məhkəmə 2013-cü ildə kriminal rəhbəri Əziz Batukaevin qanunsuz azadlığa buraxılması işi üzrə Atambaevi əmlakı müsadirə olunmaqla, 11 il 2 ay müddətinə azadlıqdan məhrum edib.

AzVision.az


Teqlər:





Xəbər lenti