Tehranın “ikili zəlzələ standartı”

// “Xoylular göyə baxsalar, Suriyaya yardım aparan İran təyyarəsini görə bilərdilər”

   Tehranın “ikili zəlzələ standartı”
  15 Fevral 2023    Oxunub:847
Yanvarın 18- də İranın Qərbi Azərbaycan əyalətində baş verən zəlzələdən zərər çəkənlərə ləng və qeyri-kafi reaksiya verən Tehranın fevralın 6-da Suriyaya dərhal yardım göstərməsi vətəndaşların hiddətinə səbəb olub.
“The New Arab” yazır ki, İran Suriyada Bəşər Əsəd hökumətinin əsas dəstəkçisidir. Zəlzələdən 24 saat keçməmiş 45 ton ərzaq, dərman və təcili yardım daşıyan təyyarə Dəməşqə enib. Halbuki, Xoyda baş verən zəlzələ zamanı belə həssaslıq göstərilməmişdi. Buna görə bir çox iranlı sosial şəbəkələrdə hökuməti tənqid edib.

"İslam Respublikası Suriyaya yardım göndərir. Çox sağ olsun. Bəs Xoydakı insanların aldığı pay niyə polis dəyənəyi olub?" – deyə iranlı jurnalist Əmir Dadaşi “Twitter”də soruşub.

“Tejarat News” isə yazıb ki, “Xoylular çətin günlər keçirəndə, göyə baxsalar, hökumətin Suriyaya humanitar yardım aparan təyyarələrini görə bilərdilər”.

Samir Quliyev
AzVision.az



Teqlər: İran   Zəlzələ  





Xəbər lenti