Türkiyə: Sağ qalan 282 uşağın kimliyi bilinmir

  Türkiyə: Sağ qalan 282 uşağın kimliyi bilinmir
  15 Fevral 2023    Oxunub:860
Türkiyədə zəlzələ nəticəsində həlak olan 508 uşağın şəxsiyyəti müəyyən edildikdən sonra ailələrinə təhvil verilib.
Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Ailə və Sosial Xidmətlər Nazirliyi bildirib. Qeyd olunub ki, hazırda 1396 kimsəsiz uşaqdan 721-nin müalicəsi davam etdirilir, 167 uşaq müalicə olunduqdan sonra müvafiq müəssisələrə yerləşdirilib.

Dağıntılar altından sağ çıxarılan 282 uşağın isə şəxsiyyətini hələ də müəyyənləşdirmək mümkün olmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti