Hindistan “Airbus”dan 250 təyyarə alır

Hindistan “Airbus”dan 250 təyyarə alır
  15 Fevral 2023    Oxunub:1053
Hindistan Hava Yolları “Airbus”a 250 sərnişin təyyarəsi sifariş edib.
Bu, “Airbus” ilə kommersiya tarixində ən böyük təyyarə alqı-satqı müqavilələrindən biridir. Hindistan Hava Yollarının sahibi Tata Sons şirkətinin sədri Natarajan Chandrasekaran bildirib ki, onlar “Airbus” ilə 40 geniş gövdəli “A350” və 210 dar gövdəli “A320neo” təyyarəsi almaq üçün razılığa gəliblər.

Fransanın cənub-qərbində yerləşən Tuluza Avropanın ən böyük aviasiya mərkəzi kimi tanınır və “Airbus”un ən böyük obyektləri, eləcə də şirkətin qərargahı buradadır. Qeyd edək ki, Hindistan Hava Yolları 2022-ci ilin əvvəlində “Tata Group” tərəfindən satın alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti