209 saat dağıntılar altından qalan 2 nəfər sağ çıxarıldı

209 saat dağıntılar altından qalan 2 nəfər sağ çıxarıldı
  14 Fevral 2023    Oxunub:1080
Türkiyədə 209 saat sonra dağıntılar altından bir kişi və qadın sağ çıxarılıb.
AzVision.az xəbər verir ki, bu barədə "CNNTürk" məlumat yayıb.

Onlar Antakyada Kocaeli Bələdiyyəsi Xilasetmə Qrupu tərəfindən dağıntılar altından xilas edilib.

İlkin tibbi yardımdan sonra hər ikisi xəstəxanaya aparılıb.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.

AzVision.az



Teqlər:





Xəbər lenti