Rumıniyada 5,7 bal gücündə zəlzələ olub

Rumıniyada 5,7 bal gücündə zəlzələ olub
  14 Fevral 2023    Oxunub:1205
Rumıniyanın cənub-qərbində 5,7 bal gücündə zəlzələ baş verib.
AzVision.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin episentrinin Drobeta-Turnu Severin şəhərindən 73 kilometr şimal-şərqdə olduğunu açıqlayıb.

Dərinliyinin 40 kilometr olduğu təsbit edilən 5,7 bal gücündə zəlzələ nəticəsində hələ ki, itki qeydə alınmayıb.

Zəlzələnin Serbiya daxil olmaqla, bəzi ətraf ölkələrdə də hiss olunduğu qeyd edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti