Armen Qriqoryan: "İrəvan sülh müqaviləsini yaxın vaxtlarda Bakıya verəcək"

      Armen Qriqoryan:    "İrəvan sülh müqaviləsini yaxın vaxtlarda Bakıya verəcək"
  14 Fevral 2023    Oxunub:893
Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir və yaxın vaxtlarda onu Bakıya təhvil verəcək.
Bunu jurnalistlərə müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. "Mənə elə gəlir ki, mətn ən qısa zamanda hazır olacaq. Mətnin necə təhvil veriləcəyini hələ bilmirəm. İndi bütün məsələlər işlənilir və razılaşdırılır", - Qriqoryan bildirib. Qriqoryan Ermənistanın yanaşmalarının dəyişməz qaldığını da qeyd edib.

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan tərəfi Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərini alıb.

AzVision.az


Teqlər:





Xəbər lenti