Tanışını öldürən 71 yaşlı kişinin məhkəməsi başlayır

Tanışını öldürən 71 yaşlı kişinin məhkəməsi başlayır
  14 Fevral 2023    Oxunub:844
Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində ibtidai istintaq yekunlaşıb.
Baş Prokurorluqdan AzVision.az -a verilən məlumata görə, Zaqatala rayon sakini 1970-ci il təvəllüdlü Elxan Xəlilovun ötən il noybarın 4-də öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

İbtidai istintaqla 1952-ci il təvəllüdlü Qriqoriy Burqandinovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı tanışı Elxan Xəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Qriqoriy Burqandinova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti