"Türkiyə və türk xalqı ilə həmrəyliyimizi davam etdirəcəyik" - İsrailin XİN başçısı

   "Türkiyə və türk xalqı ilə həmrəyliyimizi davam etdirəcəyik" -    İsrailin XİN başçısı
  14 Fevral 2023    Oxunub:643
İsrailin xarici işlər naziri Eli Koenin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündən sonra birgə mətbuat konfransı keçirilib.
Konfransda çıxış edən İsrail XİN başşçısı Türkiyəyə səfərinin məqsədinin zəlzələlərdən sonra İsrailin Türkiyə ilə həmrəyliyini göstərmək və ikitərəfli əlaqələri müzakirə etmək olduğunu bildirib.

“Bu əlaqələr son bir ildə həqiqətən də inkişaf edib. İsrail hökuməti və İsrail xalqı adından səmimi başsağlığımızı və dəstək vədlərimizi çatdırmaq istərdim”.

Humanitar yardımın heç bir siyasi həddi olmadığını vurğulayan Koen sözlərini belə davam etdirib:

“Türkiyə və türk xalqı ilə həmrəy olduğumuzu və bu çətin günlərdə də bunu davam etdirəcəyimizi bir daha ifadə etmək istəyirəm.

Və bildirmək istəyirəm ki, biz nəinki indi, hətta gələcəkdə də əlimizdən gələn köməyi göstərməklə ehtiyacı olanlara kömək etməyə davam edəcəyik. Çünki başa düşdüyüm kimi, qarşıda duran problemlər həqiqətən böyükdür”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti