Zəlzələlər iki dağı birləşdirdi - FOTO

   Zəlzələlər iki dağı birləşdirdi -    FOTO
  14 Fevral 2023    Oxunub:937
Türkiyədə zəlzələdə böyük ziyan görən Qaziantepin İslahiye rayonunda 2 böyük dağ yeraltı təkanlar nəticəsində birləşib.
Bir-birindən 100 metrdən çox məsafədə olan dağlar nəhəng qaya parçaları və sürüşmələrlə yaxınlaşıb. Dağlardan qopan parçalar isə oradan keçən yolu bağlayıb.

Düşən nəhəng qayalar asfalt yolda dərin boşluqlar və çalalar əmələ gətirib, yolun və dərənin ətrafındakı ağaclar kökündən qopub, dəmir elektrik dirəkləri yıxılıb.

Nəhəng çatların əmələ gəldiyi yol nəqliyyata tamamilə bağlanıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti