Tehran İrəvanla birgə döyüşəcəkmi? - İran səfiri sualdan yayındı |
Erməni jurnalist onu da vurğulayıb ki, əvvəllər farslarla ermənilərin bir-birinə qarşı döyüşmələrinə baxmayaraq, 21-ci əsrdə hər iki ölkənin ordusu yanaşı dayanaraq, bu dəfə ümumi düşmənə qarşı mübarizə aparmalıdır.
"Bu ərazini tariximizi gələcəyə aparan ümumi yolun başlanğıcı edə bilərik. Bunu xüsusən də ortaq düşmənimiz olması səbəbindən reallaşdırmalıyıq. Bu günlərdə İran 1979-cu il inqilabının ildönümünü qeyd edirlər. İranlı dostlarımı təbrik edirəm, onlara bəyan edilmiş prinsiplərə sadiqlik və turançılıqla (Bütün Ural-Altay xalqlarının birliyini nəzərdə tutan siyasi ideoloji inanc-red.) mübarizədə uğurlar arzulayıram. Farslar yaxşı və vicdanlı insanlardırlar. Erməni xalqının onlarla daha sıx əlaqəyə ehtiyacı var. Çünki dəyərlərimiz böyük ölçüdə üst-üstə düşür", - Hoxikyan fars sevdasını belə dilə gətirib.
Tural Tağıyev
AzVision.az