İngilis xilasedicidən dağıntı altında qalana: "Napıyon?"

   İngilis xilasedicidən dağıntı altında qalana:    "Napıyon?"
  14 Fevral 2023    Oxunub:1636
Dağıntılar altında qalan zəlzələ qurbanlarını xilas etmək üçün İngiltərədən gələn axtarış-xilasetmə qrupunun qazdığı tunel və türkcə mesajı sosial mediada böyük rəğbətlə qarşılanıb.
Ağzındakı maska ​​ilə dar tuneldə irəliləyən axtarış-xilasetmə qrupunun üzvü videonun sonunda dağıntı altında qalan şəxsə yaxınlaşır və ilk sözü türkcə "Napıyon?" ( Nə edirsən?) olur.

Britaniya xilasetmə qrupunun gərgin səyi və işlətdikləri türk sözü sosial mediada yüksək qiymətləndirilib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti