Baydenin Polşaya səfərinin məqsədi açıqlandı

   Baydenin Polşaya səfərinin məqsədi açıqlandı
  13 Fevral 2023    Oxunub:887
ABŞ prezidenti Co Bayden Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı mövqeyini sərtləşdirmək üçün Polşaya səfər etmək qərarına gəlib. Amerika liderinin səfərinin məqsədini Çinin “Global Times” nəşri açıqlayıb.
Bu, fevralın 20-dən 22-dək baş tutacaq səfərdir. Ağ Ev qeyd edib ki, səfər zamanı ABŞ rəhbəri Polşa hökuməti ilə ikitərəfli əməkdaşlığı, NATO-nun çəkindirmə imkanlarının gücləndirilməsini, eləcə də Ukraynaya dəstək üçün birgə səyləri müzakirə etməyi planlaşdırır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti