Almaniya Ukrayna hərbçilərinə "Leopard təlimi" keçir

   Almaniya Ukrayna hərbçilərinə "Leopard təlimi" keçir
  13 Fevral 2023    Oxunub:663
Bundesver (Almaniya Silahlı Qüvvələri) bazar ertəsi Ukrayna hərbçilərinə "Leopard 2" tanklarını idarə etmək üçün təlim keçirməyə başlayıb.
AzVision.az "Der Spiegel"ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə Nazirliyinin nümayəndəsi brifinqdə jurnalistlərə açqılamasında deyib. Bildirilib ki, təlim birinci rübün sonuna qədər davam edəcək.

"Der Spiegel" nəşrinin məlumatına görə, kurslar sürətləndiriləcək və cəmi 6-8 həftə davam edəcək. Amma adətən, belə hazırlıq bir neçə il çəkir. Jurnal qeyd edir ki, hər şey plan üzrə getsə, ilk Ukrayna hərbçiləri martın sonunda "Leopard 2"də döyüş bölgəsinə gedəcək.

Qeyd edək ki, yanvarın 25-də Almaniya hökuməti Ukraynaya 14 "Leopard 2" tankı göndərəcəyini təsdiqləyib. Digər ölkələr, xüsusilə Böyük Britaniya, Norveç, Polşa, Slovakiya və Fransa da Kiyevi Qərb istehsalı olan tanklarla təmin etmək niyyətində olduqlarını bəyan ediblər. Kiyevin ilk partiyada 12 ölkədən 140-a qədər tank alacağı gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti