Global Times: "Ukraynadan Rusiyanı zəiflətmək üçün istifadə edilir"

      Global Times:    "Ukraynadan Rusiyanı zəiflətmək üçün istifadə edilir"
  13 Fevral 2023    Oxunub:1308
ABŞ Ukraynanı "xərcləyərək" Rusiyanı zəiflətməyə çalışır. xəbər verir ki, bu barədə Çinin “Global Times” nəşri məşhur hərbi analitik Sonq Çjonpinqə istinadən yazıb.
Onun sözlərinə görə, ABŞ-ın Kremllə danışıqlar aparmaq istəməməsi ona gətirib çıxarıb ki, Rusiya-Ukrayna danışıqlarının çoxsaylı raundları nəticəsiz qalır. Hərbi ekspert onu da vurğulayıb ki, Vaşinqton bundan sonra da Rusiya ilə Ukrayna arasında bütün mümkün razılaşmaları pozacaq.

Ekspertin fikrincə, eskalasiyanın qarşısını almaq üçün əvvəlcə Rusiya ilə ABŞ arasında danışıqlar aparmaq, daha sonra Kiyevlə Moskva arasında təmaslar qurmaq lazımdır. Ümumilikdə isə çinli analitiklər vurğulayıblar ki, Vaşinqton hakimiyyəti belə danışıqlara ya hazır deyil, ya da hazırda Moskva ilə bu mövzuda ünsiyyətə getmək istəmir.

Məqalədə qeyd olunur ki, ABŞ-ın son qərarlarını nəzərə alsaq, ümumilikdə Vaşinqton Bayden administrasiyasının Rusiyanı zəiflətmək üçün istifadə etdiyi müharibənin davam etdirilməsinin tərəfdarıdır.
Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Ukrayna   Rusiya  





Xəbər lenti