Koronavirusun 600-dən çox alt növü var

Koronavirusun 600-dən çox alt növü var
  04 Fevral 2023    Oxunub:1277
Hazırda dünyada koronavirusun 600-dən çox alt növü, o cümlədən XBB.1.5 yayılmaqdadır. Xüsusən XBB.1.5 növünün daha geniş yayılacağı gözlənilir.
AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerxove bildirib.

“Omikron hələ də koronavirusun ən yoluxucu variantıdır. Hazırda izlədiyimiz 600-dən çox omikron alt növü var və XBB.1.5 onlardan biridir. Yəni, virus təkamül etməkdə davam edir. Biz XBB.1.5-in daha geniş yayılacağını gözləyirik”, - deyə ekspert xəbərdarlıq edib.

AzVision.az



Teqlər: ÜST  





Xəbər lenti