Kimlərin ürəyi qəfildən dayana bilər?

   Kimlərin ürəyi qəfildən dayana bilər?
  02 Fevral 2023    Oxunub:1486
Həkim kardioloq kişilərin qadınlara nisbətən daha çox ürək dayanması riski daşıdığını açıqlayıb.
AzVision.az xəbər verir ki, kardioloq Olqa Kozlova qəfildən ürəyin dayanması ilə ölümə hansı faktorların səbəb olduğunu sadalayıb.

“Ürəyin dayanması o deməkdir ki, ürək fəaliyyəti qəfil durur və klinik ölüm baş verir.
Bu zaman xəstənin huşu itir, iri arteriyalarda nəbz vurmur, küylü nadir tənəffüs, dərinin göyərməsi, bəbəklərin genişlənməsi baş verir.

Belə hal irsən kardioloji patologiyaları, ürək-damar problemi olan insanlarda hər an baş verə bilər. Diabet, təzyiq, böyrək çatışmazlığı xəstələri, apnoedən əziyyət çəkənlər də risk qrupundadırlar.

Qəfil ürək dayanması infarkt deyil. Ürəyi zəif insanın qəfildən çox fiziki yüklənməsi, intensiv idmanla məşğul olması zamanı, məsələn futbol oynadıqda ürəyi dayana bilər. Ürəyin ölümü eləcə də dərmandan, içkidən, psixotrop maddədən olur.

Ürəyinin işemik xəstəliyi olan insanlar 80% hallarda ürək dayanmasından ölür. İşemik xəstəliyin nə vaxt başlayacağı isə yaşa baxmır. Bu 30 yaşdan da ola bilər, 40 yaşdan da.

Ona görə də ildə 2 dəfə ürək-damar sistemi yoxlanmalıdır”.(Bakupost)



Teqlər:





Xəbər lenti