“Ermənistanda qan töküləcək”
“Andiçmədə ən yüksək çinli adam Rusiya prezident Administrasiyasının rəhbəri İvanov idi. Bundan başqa İranın xarici işlər nazirini və Ruminyadan gələn qonaqları hardasa bu sıraya saymaq olar. Burada çox vacib bir məsələ varki, ABŞ və Avropanın əsas dövlətləri şüurlu şəkildə prezidentin andiçmə mərasiminə gəlməyi boykot etdilər. Hər zaman ABŞ dövlət məmurlarının Avropaya gəlməsi hadisə hesab olunur. Amma bu dəfə gələn olmadı. Maraqlı məaqm odur ki, həmin gün ABŞ Dövlət Departamentinin Avrasiya Məsələləir üzrə ikinci yardımçısı Erik Rubin Gürcüstanda oldu. Onun orada olması Ermənistanda keçirilən andiçmə mərasimi gününə təsadüf edirdi. Erik Rubin Gürcüstana gəlməsi ilə bağlı əvvəlcədən heç bir anons verməmişdi və birdən-birə Gürcüstana gəldi və həmin gün Gürcüstanda aktual bir mövzuda müzakirə olunmadı. Bu səfər belə bir məna verirdi ki, Ermənistanın qonşuluğundayıq sadəcə ora gəlmirik və bu andiçmədə iştirak etmirik. Avropa İttifaqından bir nəfərdə olsun adam orada iştirak etmirdi. Belə başa düşürəm ki, ABŞ və Avropa bu addımı ilə Ermənistandakı seçkiləri inkar etmək yolunu tutdular”.
Politoloq orada keçirilən seçkilərə münasibətində bildirib ki, Ermənistanda bir dəfəd olsun qanuni seçki keçirilməyib. Onun sözlərinə görə, bu seçkilərdən sonra da Ermənistanda qan olacaq.
“Ermənistanda bu seçkilərində qanuni keçirilmədiyini demək olar. Dəqiq deyə bilərəm ki, seçkilərdən sonra Yerevanda 2 nəfər ölüb. Ola bilər ki, onların ölümü bu siyasi proseslərlə bağlı olsun. Demək olmaz ki, proseslər bitir. Onlar özünü demokratik göstərir, aksiyalara açıq şəkildə imkan verdiklərinid deyirlər. Bunu etdiyini deyir və sonr özü insanları qırır. 2008-ci ildəki seçkilərdə də dedilər ki, Ermənistan demokratdı, azad aksiyalara imkan verir, amma sonda insanları gülləyə tutdu. Bu seçkilərdə proses başa çatmayıb. Qanı qabaqda gözləyirəm. Belə başa düşürəm ki, qan töküləcək”-deyə M.Əhmədoğlu vurğulayıb.
Araz İsmayılov