Sabiq bələdiyyə sədrinə cinayət işi açıldı

Sabiq bələdiyyə sədrinə cinayət işi açıldı
  30 Yanvar 2023    Oxunub:765
Balakən rayonunda dövlət əmlakının mənimsənilməsinə görə cinayət işi başlanılıb.
Bu barədə AzVision.az -a rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, rayonun Qullar bələdiyyəsində baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırma zamanı Ramazan Ömərovun Qullar bələdiyyəsinin sədri işlədiyi müddətdə xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti