XİN İrandakı səfirliyə hücum barədə məlumat yaydı

      XİN İrandakı səfirliyə hücum barədə məlumat yaydı
  27 Yanvar 2023    Oxunub:727
27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
XİN-in Mətbuat xidməti idarəsindən AzVision.az -a verilən xəbərə görə, hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir. Allah şəhidimizə rəhmət eləsin!

AzVision.az


Teqlər:





Xəbər lenti