Avropa Şurası bizə missiya göndərib

Avropa Şurası bizə missiya göndərib
  10 Aprel 2013    Oxunub:1145
Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya naminə Məruzəçilər Qrupuna (GR-DEM) daxil olan bir neçə ölkənin səfirlərindən ibarət nümayəndə heyəti Azərbaycana gəlib.
Səfərin məqsədi Azərbaycanda prezident seçkiləri ərəfəsində ölkədə demokratiya və insan hüquqları sahəsində durumu, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini öyrənməkdir.

Qeyd edək ki, nümayəndə heyətinə Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya naminə Məruzəçilər Qrupunun (GR-DEM) sədri, Polşanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, xanım Ursula Gacek rəhbərlik edir.

Səfər aprelin 11-də yekunlaşacaq.

Xatırladaq ki, Azərbaycan buna qədər AŞNK-nin “Aqo qrupu” adlanan qurumun monitorinqi altında olub. “Aqo” qrupu ləğv edilsə də, Azərbaycandakı vəziyyəti AŞNK-nin Demokratiya naminə Məruzəçilər Qrupu (GR-DEM) izləyir.(apa)


Teqlər:  





Xəbər lenti