Sevgilisini öldürüb cəsədini çamadanda gizlətdi
![Sevgilisini öldürüb cəsədini çamadanda gizlətdi Sevgilisini öldürüb cəsədini çamadanda gizlətdi](https://azvision.az/photos/2023/01/Depos64-1674731073.jpg)
Cütlüyü sonuncu dəfə onu kluba aparan taksi sürücüsü görüb. Kişinin ifadəsinə görə, yanvarın 21-də qız ona “Kömək et, təhlükədəyəm” yazılan telefonu göstərib. Ancaq daha sonra bir amerikalı ona hər şeyin qaydasında olduğunu söyləyib.
Yanvarın 22-də evsiz kişi zibil qutusunda içərisində qadının cəsədi olan çamadan tapıb. Ekspertizanın nəticəsinə görə, o, kəndirlə boğularaq öldürülüb. İki gün sonra qatil amerikalı Panama hava limanında saxlanılıb, o, başqa ölkəyə getməyə cəhd edib. Amerikalı hazırda Kolumbiyaya ekstradisiyasını gözləyir.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: