ABŞ-dan Panamanın keçmiş prezidentinə qarşı viza sanksiyası

ABŞ-dan Panamanın keçmiş prezidentinə qarşı viza sanksiyası
  26 Yanvar 2023    Oxunub:692
Amerika Birləşmiş Ştatları administrasiyası çərşənbə günü Panamanın keçmiş prezidenti Rikardo Martinellaya qarşı viza sanksiyaları tətbiq edib.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin adından dərc olunmuş yazılı bəyanatında deyilir. “Bu gün mən Panamanın keçmiş prezidenti Rikardo Alberto Martinella Berrokala qarşı mühüm korrupsiya cinayətlərində iştirakına görə sanksiyaların tətbiq edildiyini elan edirəm. Xüsusən də Martinelli prezident olduğu müddətdə dövlət müqavilələrinin qanunsuz verilməsi müqabilində rüşvət alıb”, - bəyanatda vurğulanıb.

Bundan sonra Martinelli və onun ailə üzvlərinin ABŞ-a daxil olması qadağan olunub.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti