Rusiyanın Ermənistandakı bazası hərbi təlimlər keçirəcək

Rusiyanın Ermənistandakı bazası hərbi təlimlər keçirəcək
  25 Yanvar 2023    Oxunub:960
Rusiyanın Ermənistandakı hərbi bazasının kinoloji xidmətinin mütəxəssisləri Gümrü hərbi qarnizonunda təlimlər keçirəcəklər.
AzVision.az xəbər verir ki, bu barədə hərbi bazanın mətbuat xidməti məlumat yayıb.

Bölmənin hərbçi-rəisləri itlərlə xidməti əmrlərin icrasını, müxtəlif maneələri, məsələn, şlaqbaumlar, pilləkənlər, mühəndis maneələri zolağı, səngərlər və su ilə doldurulmuş xəndəkləri imitasiya edən maneələri keçməyi məşq edəcəklər.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti