ABŞ Pakistanla Hindistan arasında nüvə müharibəsinin qarşısını alıb

   ABŞ Pakistanla Hindistan arasında    nüvə müharibəsinin qarşısını alıb
  25 Yanvar 2023    Oxunub:803
ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo bildirib ki, Hindistanın keçmiş xarici işlər naziri Suşma Svarac 2019-cu ilin fevralın ayında, gecə saatlarında ona zəng edib və Pakistanın nüvə silahından istifadəsi ilə bağlı mümkün planları barədə xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, bu barədə “India Today” məlumat yayıb. "O gecəni heç vaxt unutmayacağam: Hindistan və Pakistan Kəşmirin şimal sərhədlərində uzunmüddətli mübahisə ilə əlaqədar bir-birini təhdid etməyə başlayanda mən Vyetnamda idim", - o bildirib.

Onun sözlərinə görə, gecə hindistanlı həmkarı ilə müzakirəyə başlayıb: "Hindistanlı nazir inanırdı ki, pakistanlılar nüvə silahları ilə atəş açmaq üçün hazırlığa başlayıblar".

Qeyd olunub ki, Yeni Dehli cavab tədbirləri görmək istəyib, lakin Pompeo hindistanlı nazirdən rəsmi İslamabadla danışmaq üçün ona vaxt istəyib: "Onların hər birini qarşı tərəfin nüvə müharibəsinə hazırlaşmadığına inandırmaq üçün bir neçə saat lazım olub".

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti