Moskvada ordudan yayınan 16 erməni saxlanıldı
![Moskvada ordudan yayınan 16 erməni saxlanıldı Moskvada ordudan yayınan 16 erməni saxlanıldı](https://azvision.az/photos/2023/01/1674476603.jpg)
Onun sözlərinə görə, 16 Ermənistan vətəndaşı öz ölkəsində hərbi xidmətdən və hərbi təlimdən yayındıqlarına görə dövlətlərarası axtarışa verilib. Onlar Moskvanın müxtəlif yerlərində, əsasən də paytaxtın metro stansiyalarında yaxalanıb.
Saxlanılanlardan ən kiçiyi Moskva Sənaye Kollecinin 18 yaşlı tələbəsi, ən böyüyü isə Mıtişi rayonunda qeydiyyatsız yaşayan və rəsmi işləməyən 48 yaşlı şəxsdir. Tələbə 2022-ci ilin noyabrından, 48 yaşlı erməni isə 2001-ci ildə axtarışa verilib.
Saxlanılan 16 erməni Ermənistanda 327-ci maddəyə əsasən - “Məcburi hərbi xidmətdən, təlim düşərgələrindən və ya səfərbərlikdən yayınma”ya görə iki ilə qədər həbs cəzası gözləyir.
Aytən Zəhra
AzVision.az
Teqlər: