"Putin prezident seçkilərində iştirakı barədə danışmayıb" - Peskov

   "Putin prezident seçkilərində iştirakı barədə danışmayıb" -    Peskov
  23 Yanvar 2023    Oxunub:941
"Vladimir Putin hələ 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı barədə danışmayıb".
AzVision.az "Gazeta.ru"-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

Kreml sözçüsü qeyd edib ki, Putinin seçki kampaniyası da başlamayıb.

“Prezident bununla bağlı heç bir açıqlama verməyib. Hələlik adi qrafik üzrə işləyir” - Peskov qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin  





Xəbər lenti