Associated Press: "ABŞ-ın nüvə raketçiləri surətlə xərçəngə yoluxurlar"

      Associated Press:    "ABŞ-ın nüvə raketçiləri surətlə xərçəngə yoluxurlar"
  23 Yanvar 2023    Oxunub:1088
ABŞ-ın nüvə raketlərinin saxlanıldığı Malmström hərbi bazasında xidmət aparan zabitləri arasında qan xərçənginə yoluxma halları artıb.
AzVision.az xəbər verir ki, bu barədə "Associated Press"in köşə yazarı Tara Kopp məlumat yayıb.

ABŞ-ın 6-cı nəsil strateji bombardmançı təyyarəsi - VİDEO
Kopp ABŞ Kosmik Qüvvələrinin polkovnik-leytenantı Daniel Sibekin yanvar ayında təşkil etdiyi brifinqə əsaslanıb. Qeyd edilir ki, artıq doqquz zabitdə limfoma xərçəngi üzə çıxıb.

Sibek onlardan birinin dünyasını dəyişdiyini, dördünün isə xidmətini davam etdirdiyini bildirib. Polkovnik-leytenant zabitlər arasında xəstəliyin çoxalmasının xüsusi narahatlığa səbəb olduğunu vurğulayıb. Qeyd olunur ki, Malmström hərbi bazasında təxminən 3,3 min nəfər xidmət edir. Onlardan 400-ü raketçidir. O izah edib ki, qeyri-hodgkin limfoma xəstəliyi 100.000 nəfərdən 19-da rast gəlinən bilən haldır.

Kopp, raketçilərin tez-tez yerin dərinliklərinə qapalı liftlərdə, qalın beton və poladdan ibarət olan divarla əhatə olunmuş bunkerə enmələrinə diqqət çəkib. Onun sözlərinə görə, bəzən onlar prezidentin göstərişi olacağı təqdirdə istənilən an raketi buraxmaq üçün bunkerdə bir neçə gün qalmağa məcbur olurlar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Xərçəng   Raket  





Xəbər lenti