Roqozin yaralanmasından danışdı: "2 mərmi düz ayağımın yanına düşdü"

     Roqozin yaralanmasından danışdı:    "2 mərmi düz ayağımın yanına düşdü"
  23 Yanvar 2023    Oxunub:1062
"Roskosmos"un keçmiş baş direktoru, “Çarskie volki" hərbi-texniki mərkəzinin rəhbəri Dmitri Roqozin Donetskdəki otelin atəşə tutulması nəticəsində yaralanmasının təfərrüatlarını açıqlayıb.
AzVision.az xəbər verir ki, o, Rusiya mediasına verdiyi müsahibədə 7 mərmidən ikisinin düz ayağının yanına düşdüyünü deyib. Maraqlıdır ki, Roqozin ukraynalı hərbçilərin atdığı hər iki mərminin partlamadığını da söyləyib.

“Yüksək dəqiqlikli 155 mm-lik mərmilər düşdü. Onlardan beşi partlasa da, demək olar ki ayağımın yanına düşən iki mərmi xoşbəxtlikdən açıqlmadı”, - Roqozin deyib.

Xatırladaq ki, dekabrın 21-də “Çarskie volki” hərbi-texniki mərkəzinin məsləhətçilər qrupu və ona rəhbərlik edən Roqozinin qaldığı otelə mərmilər düşüb. Zərbələrin dəqiq idarə olunan silahlarla həyata keçirildiyi iddia olunur. Roqozin isə mərmilərdən birinin partlaması nəticəsində yaralanıb və beyni silkələnib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Mərmi  





Xəbər lenti