Ərdoğan hava limanına metro ilə getdi - Video

   Ərdoğan hava limanına metro ilə getdi -    Video
  22 Yanvar 2023    Oxunub:1162
İstanbulda Avropanın ən sürətli metro xəttinin ilk sərnişinlərindən biri ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan olub.
AzVision.az xəbər verir ki, prezident Kağıthanedən metro ilə İstanbul Hava Limanına gedib.

Maşinistin kabinəsində əyləşən dövlət başçısını Türkiyənin nəqliyyat naziri Adil Karaismailoğlu və digər rəsmi şəxslər müşayət edib.

Metro xətti Beşiktaş, Şişli, Kağıthane, Eyüpsultan və Arnavutköy rayonlarında 8 stansiyadan keçəcək və gündəlik 800 min sərnişinə xidmət göstərəcək.

İstanbul Hava Limanına Kağıthanedən 24 dəqiqə çatmaq mümkün olacaq.



AzVision.az



Teqlər:





Xəbər lenti