Heydər Əliyev Mərkəzindəki unikal layihə belə hazırlanıb – VİDEO

Heydər Əliyev Mərkəzindəki unikal layihə belə hazırlanıb – VİDEO
  16 May 2014    Oxunub:1245
Aprelin 27-də Heydər Əliyev Mərkəzinin unikal arxitekturasından ilhamlanan “Hypnotica Visual Performance” komandası Mərkəzdə “White Sign” adlı installyasiyanı təqdim edib.
- Bizim komandamız arxitekturasına görə, Bakının ən mürəkkəb və qeyri-adi binalarından biri – Heydər Əliyev Mərkəzində iddialı video installyasiya yaratmağa qərar verdi. Biz həm dinamik, həm də üslub baxımından bina ilə ahənglik təşkil edəcək iş yaratmaq qərarına gəldik. İnstallyasiyanın mövzusu “Azərbaycanın mədəni irsi” olduğundan, biz ilhamlanmaq üçün yalnız orijinal materiallardan istifadə etmək məqsədilə yarım il ərzində praktiki olaraq Bakının bütün kitabxana, muzey və arxivlərində olduq. Bu layihə üçün biz təxminən 35 portret və 100 illüstrasiya çəkdik. Sonra onları animasiyaya çevrilərək 3D qrafika ilə uyğunlaşdırıldı. İnstallyasiyamızda üzərinə proyeksiya edilən 1500 fasad lövhəsindən hər biri nəzərə alınıb.- deyə “White Sign” layihəsinin müəllifi və 3D rəssamı Cavil Quliyev “1news.az”-a müsahibəsində bildirib.

İnstallyasiya məşhur Azərbaycan caz pianoçusu və bəstəkarı İsfar Sarabskinin musiqisi ilə müşayiət olunur.

Eldar Tanrıverdiyev
AzVision.az


WHITE SIGN / video mapping installation from Hypnotica Visual Performance on Vimeo.




Teqlər:  





Xəbər lenti