Polşadan qalxan sərnişin təyyarəsində bomba tapılmadı - YENİLƏNİB
![Polşadan qalxan sərnişin təyyarəsində bomba tapılmadı - YENİLƏNİB Polşadan qalxan sərnişin təyyarəsində bomba tapılmadı - YENİLƏNİB](https://azvision.az/photos/2023/01/09bd0abd-6c06-335d-95bb-e7ce225fc253_850-1674405881.jpg)
Heç bir partlayıcı və ya partlayıcı qurğu aşkar edilməyib.
***
Polşadan havaya qalxan İrlandiyanın “Ryanair” şirkətinin “Boeing 738” tipli təyyarəsinin pilotu göyərtədə bomba olması barədə xəbərdarlıq siqnalı göndərib.
Təyyarə F-16 qırıcılarının müşayiəti ilə Afina Beynəlxalq Hava Limanına doğru uçub.
AzVision.az Yunanıstanın ERT1 telekanalına istinadla xəbər verir ki, hava limanı təyyarənin qəbulu üçün hazır vəziyyətə gətirilib. Polşanın Katovitse şəhərindən Afinaya uçan təyyarə yerli vaxtla saat 17:45-də eniş edib və içərisində 192 nəfər olub.
Laynerdə axtarış aparılması üçün sərnişinlər təxliyə ediliblər.
AzVision.az
Teqlər: