Zelenski Boris Consonla görüşüb

   Zelenski Boris Consonla görüşüb
  22 Yanvar 2023    Oxunub:933
Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Böyük Britaniyanın sabiq Baş naziri Boris Consonla görüşüb.
AzVision.az xəbər verir ki, Ukrayna Prezidenti bu barədə “Telegram” kanalında məlumat paylaşıb.
***
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson yanvarın 22-də Ukraynaya gedib.

AzVision.az xəbər verir ki, o, Kiyev vilayətinin Buça şəhərində görüntülənib.

Conson Borodyankaya da səfər edib və Rusiya bombardmanlarının nəticələrilə yaxından tanış olub.

Keçmiş hökumət başçısı həmçinin Rusiya ordusunun törətdiyi dağıntıları araşdırıb, işğal zamanı neçə nəfərin həlak olması və ərazinin azad edilməsindən sonra neçə nəfərin öz evlərinə qayıda bildiyi ilə maraqlanıb.

O, Buçada müharibə qurbanlarının kütləvi məzarını da ziyarət edib.

AzVision.az


Teqlər:





Xəbər lenti