İsveçin Baş naziri Quranın yandırılmasına münasibət bildirdi

   İsveçin Baş naziri Quranın yandırılmasına münasibət bildirdi
  22 Yanvar 2023    Oxunub:1033
Yanvarın 21-də ifrat sağçı “Sərt kurs” partiyasının tərəfdarları Türkiyənin Stokholmdakı səfirliyi qarşısında mitinq keçiriblər və bu aksiyada Quran açıq şəkildə yandırılıb.
Nümayişçilərin hərəkətləri İsveçin baş naziri Ulf Kristersson tərəfindən pislənib. O, bu cür hərəkətlərə söz azadlığı ilə bəraət qazandırmağın yolverilməz olduğunu bəyan edib.

“Söz azadlığı demokratiyanın əsas dəyəridir. Ancaq qanuni olan şey mütləq yerində deyil.

Çoxları üçün müqəddəs olan kitabların yandırılması dərin hörmətsizlikdir. Bu gün Stokholmda baş verənlərdən incimiş bütün müsəlmanlara başsağlığımı bildirmək istəyirəm”, - İsveçin Baş nazirinin "Twitter" hesabında yazılan mesajda deyilir.

Dünənki aksiyanın təşkilatçılarından biri də isveçli sağçı siyasətçi Rasmus Paludan olub.

Türkiyə Xarici İşlər Nazirliyi İsveçi NATO-ya üzv olmaq üzrə öhdəliklərini pozmaqda ittiham edərək, aksiyanı PKK-nın fəaliyyəti ilə əlaqələndirib.

İstanbulda buna cavab olaraq etiraz aksiyaları keçirilib, nümayişçilər bu ölkənin Baş Konsulluğunda İsveç bayrağını yandırıblar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti