Quranı yandıran Paludan kimdir?
![Quranı yandıran Paludan kimdir? Quranı yandıran Paludan kimdir?](https://azvision.az/photos/2023/01/resize-1674381365.jpg)
Məlumata görə, 41 yaşlı Rasmus Paludan son bir neçə ildə Şimali Avropada “anti-İslam siyasətinin mərkəzində olub. İsveç vətəndaşlığına da sahib olan Paludan əvvəllər həm Danimarka, həm də İsveçdə dəhşətli etiraz aksiyaları keçirib və hər iki ölkədə zorakılıq dalğalarına səbəb olub.
2017-ci ildə Danimarkada qurduğu ifrat sağçı Stram Kurs siyasi partiyası ilə diqqət çəkən Paludan bütün müsəlmanların Danimarkadan deportasiyası çağırışı ilə də tanınır.
Paludan 2019-cu ildə "irqçilik" ittihamı ilə həbs cəzasına məhkum edilib, lakin həbs cəzası təxirə salınıb.
Partiyasının sosial mediada İslam əleyhinə videolar yaymasında təqsirli bilinən irqçi lider 2020-ci ildə yenidən həbs cəzasına məhkum edilib. O dövrdə irqçilik, böhtan və təhlükəli sürücülük kimi 14 fərqli ittihamla üzləşən Paludan 2022-ci ilin sentyabrında seçkilər öncəsi təşkil etdiyi mitinqlərdə dəfələrlə müsəlmanları hədəf alıb, Quranı yandırmağa çalışıb.
Hər fürsətdə tək düşmənlərinin "İslam və müsəlmanlar" olduğunu dilə gətirən Paludan 2018-ci ilin dekabrında yayımladığı videoda deyib: "Ən yaxşısı o olardı ki, yer üzündə bir nəfər də olsun müsəlman qalmazdı. O zaman son hədəfimizə çatmış olardıq”.
Stram Kurs partiyası İsveç və Danimarkada "Hard Line" kimi də tanınır. Danimarkanın “Weekendavisen” qəzetinin baş redaktoru Martin Krasnik 2019-cu ildə yazdığı məqalədə Rasmus Paludanın nasist əlaqələri olduğunu iddia edib. Lakin irqçi lider bu iddiaları təkzib edib.
Qeyd edək ki, France 24 təxribat nəticəsində İsveçin NATO-ya üzvlüyünün təsdiqinin çətinləşəcəyini açıqlayıb. (Musavata.com)
AzVision.az
Teqlər: