"Biz hələ də Sovet İttifaqının tərkibindəyik" - Xzmalyan

   "Biz hələ də Sovet İttifaqının tərkibindəyik" -    Xzmalyan
  21 Yanvar 2023    Oxunub:1029
Ermənistanda 15 əsgərin ölümünə səbəb olan kazarma yanğını ölkə gündəmindən düşmür.
AzVision.az xəbər verir ki, "Avropa Partiyası"nın sədri Tiqran Xzmalyan sosial şəbəkələrdə iki foto paylaşaraq ordularının ağır durumda olmasından gileylənib.

Yanan 15 əsgər Kəlbəcərdən partlayışla çıxan hərbi hissədən olub
“Birinci fotoda Gürcüstan ordusunun kazarmaları əks olunub. İkincidə isə Ermənistan Respublikasının Azad kəndində yanaraq kül olmuş kazarmadır. Nəzərinizə çatdırım ki, Gürcüstan hələ nə NATO-nun, nə də Avropa İttifaqının üzvü deyil. Gürcüstan sadəcə olaraq bu strukturlara qoşulmaq əzmində olduğunu bəyan edib və uzun illərdir ki, ordusunu Qərb standartlarına uyğun hazırlayaraq saxlayır. Biz isə 2020-ci ildə olduğu kimi hələ də Sovet İttifaqının tərkibindəki kimiyik...” - Partiya sədri yazıb.




Xatırladaq ki, məlum hadisəyə görə korpus komandiri vəzifədən qovulub. Bundan başqa, daha 8 yüksək rütbəli zabitin də vəzifədən uzaqlaşdırılması barədə məlumat yayılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Kazarma  





Xəbər lenti