“Amerikalı Nostradamus”dan dünya müharibəsi ilə bağlı xəbərdarlıq

   “Amerikalı Nostradamus”dan dünya müharibəsi ilə bağlı xəbərdarlıq
  21 Yanvar 2023    Oxunub:1210
Dünyada mövcud bazarlar və iqtisadiyyatlar 2023-cü ildə potensial çöküşlə üzləşə bilər və bu, davam edən Rusiya-Ukrayna münaqişəsindən kənarda yeni dünya müharibəsini alovlandıra bilər.
Bunu “Business Insider” nəşrinə “Amerikalı Nostradamus” adlandırılan biznes məsləhətçisi Jerald Selente deyib. Onun sözlərinə görə, yüksək faiz dərəcələri artıq səhmlərə ciddi zərbə vurub, maliyyə şərtləri sərtləşdikcə S&P 500 keçən il 20% azalıb: “Rəsmilərin inflyasiya nəzarət altına alınana qədər dərəcələri artırmağa davam edəcəyi gözlənilir, bir çox müşahidəçilər isə mərkəzi bankın bunu həddini aşa biləcəyi, asanlıqla tənəzzülə və birjanın çökməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edir”.

Biznes məsləhətçisinin xəbərdar etdiyi belə bir böhran, artıq başlayan yeni dünya müharibəsini daha da alovlandıra bilər: “Bazarları yüksəldən yeganə şey faiz dərəcələridir. Onlar yüksəlir və bazar aşağı düşür. Hər şey uğursuz olduqda, onlar müharibəyə səbəb olurlar”.

Jerald Selente, Üçüncü Dünya müharibəsinin keçən il Rusiyanın Ukraynaya hücumu ilə başladığına inanan və bu il bütün dünyada iqtisadi təlatümlər fonunda münaqişənin genişlənəcəyindən qorxan Vol Strit (Wall Street – Red) müşahidəçiləri sırasındadır.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti