Niderland Ukraynanı F-16 qırıcıları ilə təmin etməyi planlaşdırmır

Niderland Ukraynanı F-16 qırıcıları ilə təmin etməyi planlaşdırmır
  21 Yanvar 2023    Oxunub:812
“Niderland indiki mərhələdə Ukraynanı F-16 qırıcıları ilə təmin etməyi planlaşdırmır”.
AzVision.az -ın məlumatına görə, bu barədə Niderland Krallığının Baş naziri Mark Rutte mətbuat konfransında bildirib.

“Hazırda bu məsələ müzakirə olunmur, Ukraynadan F-16 qırıcılarının tədarükü ilə bağlı heç bir müraciət olmayıb. Biz əvvəlcədən heç nədən imtina etmirik, lakin döyüş təyyarələrinin çatdırılması, əlbəttə ki, çox ciddi addımdır, tankların çatdırılmasından qat-qat ciddidir”, - Rutte əlavə edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti