Yəhudi uşaqlarının həyatını xilas etmiş azərbaycanlı anılıb
![Yəhudi uşaqlarının həyatını xilas etmiş azərbaycanlı anılıb Yəhudi uşaqlarının həyatını xilas etmiş azərbaycanlı anılıb](https://azvision.az/photos/2023/01/16742361324077253541_1000x669-1674237758.jpg)
Bildirib ki, Həmzə Cümşüd oğlu Sadıqov 10 may 1915-ci ildə Ağdam rayonunda anadan olsa da valideynləri ilə oraya Şuşa şəhərindən köçüb. Qeyd edib ki, 1938-ci ildə orduya çağırılan H.Sadıqov hərbi təhsilini Kiyevdə artilleriya üzrə hərbi məktəbdə alıb. 1940-cı ildə həmin məktəbi bitirən H.Sadıqov zabit kimi kəşfiyyat qrupunun tərkibində Qərb və Cənub cəbhələrində xidmət edib. Daha sonra Baş Kəşfiyyat Xidmətinin (QRU) 4-cü bölməsinin polkovniki qismində Stalinqrad cəbhəsində müharibədə iştirak edib. Bu zaman gedən ağır döyüşlər zamanı göstərdiyi xüsusi qəhrəmanlıqla fərqlənib. Belə ki, QRU tərəfindən verilən əməliyyat tapşırığı əsasında Stalinqard cəbhəsində vuruşan alman general Yohan Karl fon Rodenburqu canlı ələ keçirərək əsir alıb. H.Sadıqovun göstərdiyi qəhrəmanlıq bununla bitməyib. O, həmçinin Karl fon Rodenburqun öz qərargahı yanında təsis etdiyi “ölüm düşərgəsi”ndə saxlanılan yəhudi ailələr, o cümlədən çoxsaylı uşaqları əsirlikdən xilas edib.
Diqqətə çatdırıb ki, H.Sadıqov tərəfindən yəhudi ailələrin xilası ilə bağlı göstərilən igidlik yəhudi xalqı üçün xüsusi əhəmiyyət daşıyır. Əlavə edib ki, yəhudi adətlərinə görə, yeganə yəhudi həyatını xilas etmiş şəxs belə “dünya xalqlarının mömini” titulu ilə təltif olunur.
Çıxışın sonunda İsraildən olan musiqi qrupunun ifasında Həmzə Sadıqovun xatirəsinə həsr olunmuş musiqi dinlənilib.
Daha sonra H.Sadıqovun “dünya xalqlarının mömini” titulu ilə təltif olunması ilə bağlı İsraildəki Yad Vaşem muzeyinə müraciət edilməsi qərara alınıb və bu məqsədlə “Bakinets” klubu üzvlərinin imzaları toplanılıb.
AzVision.az
Teqlər: