Borclu abonentlərin işığı kəsiləcək

Borclu abonentlərin işığı kəsiləcək
  16 May 2014    Oxunub:1074
“Bakıelektrikşəbəkə” borclu abonentlərə xəbərdarlıq edib.
ASC-dən AzVision.az-a verilən məlumatda bildirilir ki, elektrik enerjisindən istifadəyə görə, debütor borcu yaranmış əhali və qeyri-əhali abonentlərin (idarə, təşkilat, müəssisələr) elektrik enerjisi təchizatı 20 May 2014-cü il tarixdə, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Qeyd olunan müddətdə borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı heç bir güzəşt edilmədən dayandırılacaq və borc ödənilsə belə təkrar şəbəkəyə qoşulması 24-saatdan sonra mümkün olacaq.

Bildirilib ki, elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün "Bakıelektrikşəbəkə" ASC tərəfindən çox ciddi tədbirlər görüləcəkdir.


Teqlər:





Xəbər lenti