Aviaşirkətin itirdiyi çamadan dörd il sonra tapıldı

Aviaşirkətin itirdiyi çamadan dörd il sonra tapıldı
  17 Yanvar 2023    Oxunub:2105
Uçuş zamanı baqajı itən ABŞ sakini 4 il sonra çamadanını tapıb.
AzVision.az xəbər verir ki, bu barədə "UPI" nəşri yazıb. Qeyd olunub ki, 2018-ci ildə Çikaqodan evə uçan Eypril Qavinin baqajanı aviaşirkət itirib. Amerikalıya itmiş əşyaların bir qismi kompensasiya edilib, baxmayaraq ki, zərərin miqdarı daha böyük idi.

Dörd il sonra ona zəng gəlib və bildirilib ki, çamadan Hyuston hava limanında tapılıb. Çamadan köhnəlsə də, içindəkilər zədələnməyib. Aviaşirkət qeyd edib ki, baqajı izləməkdə çətinliklərin bir hissəsi onun düzgün skan edilməməsi olub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti