Telekanallarımızda bədii şuralar yaradılır
AzVision.az xəbər verir ki, Dövlət proqramına əsasən, Milli Televiziya və Radio Şurası tərəfindən teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün bədii şuralar yaradılacaq.
Kütləvi informasiya vasitələrində dövlət dilinin təbliğinin gücləndirilməsi işi Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Milli Televiziya və Radio Şurası və Mətbuat Şurasına tapşırılıb.
Televiziya və radio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsinin təmin edilməsi həyata keçiriləcək.