Təyyarədə uşaq doğdu - FOTO

Təyyarədə uşaq doğdu -    FOTO
  14 Yanvar 2023    Oxunub:1206
Rusiyada təyyarədə məcburi doğuş əməliyyatı həyata keçirilib. AzVision.az xəbər verir ki, bu barədə Ural Hava Yolları Aviaşirkətinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, körpə Jukovski-Xucand reysi zamanı şirkətə məxsus təyyarənin göyərtəsində doğulub. Təyyarə havaya qalxdıqdan sonra sərnişinlərdən biri mədəsində ağrı hiss edib və bu barədə heyətə məlumat verib.

Təyyarədə bir neçə həkim olduğundan onlar kapitanı təcili enişə ehtiyac olmadığına inandırıblar və doğuş prosesini həyata keçiriblər.

Bir saatdan sonra isə çəkisi 2,6 kq, boyu 46 sm olan qız uşağı dünyaya gəlib. Təyyarə yerə enən kimi körpə və anası xəstəxanaya aparılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti