ABŞ kəşfiyyatı 500-dən çox UFO hadisəsi qeydə alıb

   ABŞ kəşfiyyatı 500-dən çox UFO hadisəsi qeydə alıb
  13 Yanvar 2023    Oxunub:1134
ABŞ-da son dörd aydan bəri naməlum uçan obyektlərin (UFO) aşkarlanması ilə bağlı 500-dən çox hadisə qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin hesabatında deyilir. Naməlum obyektlərlə bağlı yeni xəbərlərin əksəriyyəti ABŞ pilotlarından gəlsə də, bunlardan 26-sı pilotsuz uçuş aparatı (PUA), 163-ü isə “şar və ya şara bənzər obyekt” kimi səciyyələndirilib.

Qeyd olunub ki, hesabat 2021-ci il üçün oxşar hesabatın yayımlanmasından bəri bildirilən hadisələrin sayında kəskin artımı göstərir.

AzVision.az


Teqlər:





Xəbər lenti