“Apple” ən ucuz “AirPods” hazırlayır

“Apple” ən ucuz “AirPods” hazırlayır
  12 Yanvar 2023    Oxunub:1280
“Apple” brendin tarixində ən ucuz simsiz qulaqlıq olacaq “AirPods”un yeni versiyasını hazırlayır.
Bu barədə “TF International Securities” şirkətinin tanınmış insayderi və analitiki Minq-Çi Kuo deyib. Onun sözlərinə görə, yeni modelin qiyməti 99 dollar olacaq ki, bu da bugünkü ən əlverişli versiyadan - ikinci nəsil “AirPod”lardan 30 dollar ucuzdur. Yəqin ki, “Apple”, Çin brendlərinin şiddətli rəqabəti şəraitində simsiz qulaqlıq bazarında lider mövqeyini qoruyub saxlamağa ümid edir.

Kuo yeni məhsulun xüsusiyyətləri barədə təfərrüatlı məlumat verməyib, lakin büdcəli “AirPod”ların 2024-cü ilin ikinci yarısına və ya 2025-ci ilin əvvəlinə qədər təqdim olunmayacağını qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti