Əsgərimiz yaralanıb

Əsgərimiz yaralanıb
  10 Aprel 2013    Oxunub:1122
Ermənistan silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.
Hadisə dünən cəbhənin Füzuli rayonu istiqamətində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Şıxsəfiyev Fərhad Şıxvəli oğlu düşmən gülləsinə tuş gəlib. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Apa-ya faktı təsdiqləyib. O yaralı əsgərin vəziyyətinin normal olduğunu bildirib.

F. Şıxsəfiyev Bakının Suraxanı rayonundan həqiqi hərbi xidmətə çağırılıb.




Teqlər:





Xəbər lenti