Əslində istehsalçı şirkət gizlətmir ki,
“ağıllı tozsoranlar” işlədikləri evdə foto və video çəkilişi aparırlar. Bu, onların işini optimallaşdırmaq üçün lazımdır. Həmin foto və videolar internet vasitəsilə “Scale AI” autsors şirkətinə ötürülür. O şirkətdə isə məlumatlar şəbəkəsinin (Dataset) yaradılması məqsədilə emal olunur. Bu zaman
Süni İntellektlə (Aİ) yanaşı, real insanlar da onları görə bilirlər.
Unitazda əyləşən xoşbəxt tozsoran sahibinin şəklini də elə
“Scale AI” şirkətinin əməkdaşlarından biri “Facebook” da paylaşıbmış. Ona elə gəlib ki, bu mənzərə çox... ya maraqlıdır, ya əyləncəlidir, ya da hər ikisindəndir.
Nə etmək olar?! Heç nə! Yeni dünya ilə barışmaq. Və imkan daxilində
tozsoran olan otaqda sekslə məşğul olmamaq. Ayıbdır axı... Baxırlar!
Tariyel Həsənov
AzVision.az